Komandamızın Çempionlar Liqasındakı ilk ev oyununun hakimləri müəyyənləşdi

single-news
9 İyl 2024

Komandamızın Çempionlar Liqasındakı ilk ev oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi matçın təyinatları açıqlanıb. İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Ukraynadan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

“Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşmanı Viktor Kopiyevski idarə edəcək. Semyon Şlonçak və Volodimir Vısotski oyunun baş hakiminin köməkçiləri olacaqlar. Dmitro Pançişin dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, komandamızın mövsümdəki ilk ev oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
 
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” - “Hamrun Spartans”/“Linkoln” cütünün qalibi
Baş hakim: Viktor Kopiyevski
Baş hakimin köməkçiləri: Semyon Şlonçak, Volodimir Vısotski
Dördüncü hakim: Dmitro Pançişin (hamısı Ukrayna) 
Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş

// pop up