Komandamızın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
30 İyl 2025
Komandamızın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Komandamızın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib. “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirindəki növbəti rəqibi “Şkendiya” olacaq.
Şimali Makedoniya təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırıb – 1:0, 2:1. Komandamız avqustun 5-də və ya 6-da keçiriləcək ilk oyuna səfərdə çıxacaq. Ev qarşılaşması isə avqustun 12-də keçiriləcək.
Qeyd edək ki, komandamız II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gəlib – 3:0, 1:0.
