Komandamızın hazırlıq planı müəyyənləşdi

single-news
12 İyn 2024

Komandamızın hazırlıq planı müəyyənləşdi



Komandamızın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib. Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Millilərin üzvü olan futbolçularımız komandamızın hazırlığına ayın 23-də qoşulacaqlar.

 

Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.

 

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komandamız iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq. Texniki heyət tərəfindən komandamızın hazırlıq planında hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Paylaş

// pop up