Komandamızın hazırlıq planı müəyyənləşdi

single-news
7 İyn 2025

Komandamızın hazırlıq planı müəyyənləşdi



Komandamızın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib. Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

 

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komandamız iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.

Paylaş

// pop up