Komandamızın “Lion”la oyununun hakimləri müəyyənləşdi

single-news
26 Noy 2024

Komandamızın “Lion”la oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Fransanın “Lion” klubuna qarşı keçirəcəyi V tur matçının təyinatları açıqlanıb. Noyabrın 28-də Bakıda baş tutacaq görüşə Serbiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

Qarşılaşmanı Nenad Minakoviç idarə edəcək Nikola Boroviç və Boşko Bozoviç oyunun baş hakiminin köməkçiləri olacaqlar. Milan Mitiç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

 

Avropa Liqası

Liqa mərhələsi, V tur

28 noyabr

21:45. “Qarabağ” – “Lion”

Baş hakim: Nenad Minakoviç

Baş hakimin köməkçiləri: Nikola Boroviç, Boşko Bozoviç

Dördüncü hakim: Milan Mitiç

VAR: Momçilo Markoviç

AVAR: Novak Simoviç

(hamısı Serbiya)

Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş

// pop up