Komandamızın "Malmö" ilə oyununun hakimləri müəyyənləşdi

single-news
1 Okt 2024

Komandamızın "Malmö" ilə oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi II tur matçının təyinatları açıqlanıb. Oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

Qarşılaşmanı Anastasios Papapetrou idarə edəcək. Tryfon Petropoulos və Iordanis Aptosoglou oyunun baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. 

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

 

Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö”
Baş hakim: Anastasios Papapetrou
Baş hakimin köməkçiləri: Tryfon Petropoulos, Iordanis Aptosoglou
Dördüncü hakim: Alexandros Tsakalidis
VAR: Angelos Evangelou
AVAR: Athanasios Tzilos
(hamısı Yunanıstan)
Hakim-inspektor: Laurent Duhamel (Fransa)
UEFA nümayəndəsi: Alexandr Keplin (Qazaxıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş

// pop up