Komandamızın potensial rəqibləri müəyyənləşdi

single-news
18 İyn 2025

Komandamızın potensial rəqibləri müəyyənləşdi



Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbirdə komandamızın da rəqibi bəlli olacaq.

 

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

 

Səpələnmişlər səbətində yer alan “Qarabağ” 3-cü qrupda qərarlaşıb. Komandamızın mümkün rəqibləri I təsnifat mərhələsinin 4 cütüdür.

3-cü qrup, səpələnməmişlər

"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi

KuPS (Finlandiya) - "Milsami" (Moldova) cütünün qalibi
TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi

"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi
 

Qeyd edək ki, I təsnifat mərhələsi iyulun 8-9-da və 15-16-da, II təsnifat mərhələsi isə 22-23-də və 29-30-da baş tutacaq.

Paylaş

// pop up