Komandamızın son rəqibləri müəyyənləşdi

11 İyl 2024
Komandamızın son rəqibləri müəyyənləşdi
Komandamızın Avstriyadakı son oyun günündəki rəqibləri bəlli olub. Qurban Qurbanovun yetirmələri iyulun 16-da iki matça çıxacaq.
İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven” (Belupo) olacaq. Komandamız Tirol bölgəsindəki hazırlığı “Əl Şəbəb”ə (BƏƏ) qarşı matçla yekunlaşdıracaq.
Qeyd edək ki, toplanış çərçivəsində ilk iki oyununu iyulun 9-da keçirən “Qarabağ” “Kayzerslautern” (1:3) və Plzen “Viktoriya”sı (2:1) ilə üz-üzə gəlib.