Komandamızın yarımfinaldakı rəqibi müəyyənləşdi
5 Mar 2026
Komandamızın yarımfinaldakı rəqibi müəyyənləşdi
Komandamızın Bizon Azərbaycan kubokunun yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. “Qarabağ” finala vəsiqə uğrunda oyunlarda “Sabah”la üz-üzə gələcək.
Bu, 1/4 finalın son matçından sonra bəlli olub. Bakı klubu “Qəbələ”ni səfərdə penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib. Bu komandaların ilk matçı qolsuz, cavab görüşü 3:3 hesabı ilə başa çatıb. Bununla da 2024/25 mövsümünün finalçıları bu dəfə yarımfinalda qarşılaşacaq.
Yarımfinal görüşləri aprelin 2-də və 22-də keçiriləcək. “Qarabağ” ilk qarşılaşmaya evdə çıxacaq.
Qeyd edək ki, komandamız 1/4 finalda “Şamaxı”nı mübarizədən kənarlaşdırıb – 1:2, 3:1.
