KOMANDANIN SON DURUMU

single-news
2 Apr 2008

KOMANDANIN SON DURUMU



“Qarabağ” komandası hazırlıqlarını davam etdirir. Bazar günü Sumqayıtda yerli “Gənclərbirliyi” ilə qarşılaşacaq komandamız “Turan”la oyundan bir günlük istirahətdən sonra yenidən məşqləri bərpa edib. Düzdü, bu istirahət hamıya şamil olunmayıb. Belə ki, sonuncu turda meydana sonradan daxil olanlar və oynamayan futbolçular matçertəsi məşqə çıxıblar. 

Dünən iki hazırlıq keçən komandamız bu gün Suraxanıda yeganə məşqi keçməyi planlaşdırır. Komandadakı zədəlilərin son durumuna gəlincə. “İnter”lə kubokun cavab görüşündə zədələnən kapitan Aslan Kərimov hələ də fərdi məşq etmək məcburiyyətindədir. Komandanın liderinin “Gənclər“lə oyuna qədər hazır olacağı bildirir. Masallı” ilə görüşdə topuğundan zədələnmiş Hüseyn İsgəndərov “Turan”la görüşü buraxsa da “Gənclərbirliyi” ilə oyuna hazır olacaq. Yarımmüdafiəçimiz Ayxan Abbasov son məşqdə kiçik ağrılar hiss etsə də, ciddi bir sağlamlıq problemi yoxdur.

Sonda onu da qeyd edək ki, komandamız sabah 2 məşq keçməyi planlaşdırır. İlk hazırlıq ağırlıq salonunda keçirilməsi nəzərdə tutulubsa, günün ikinci məşqi Suraxanıda baş tutacaq.

Paylaş

// pop up