KONFEDERASİYA KUBOKU: İKİNCİ FİNALÇI- ARGENTİNA

single-news
26 İyn 2005

KONFEDERASİYA KUBOKU: İKİNCİ FİNALÇI- ARGENTİNA



Konfederasiya Kubokunun ikinci yarımfinal matçında Argentina Meksika ilə qarşılaşırdı. Favorit olaraq, Argentina göstərilsə də, matç heç də, onların tam üstünlüyü ilə keçmədi. Əksinə bir neçə dəfə Meksika hesabı açmağa daha da yaxın oldu. Amma bunlar matçda yalnız olaraq da qaldı. Hesabın hər iki hissədə açılmaması əlavə yarımsaatın oynanlasına eytiyac yaratdı. Burada isə, hər iki komanda bir dəfə fərqlənə bildi. Əvvəlcə Meksika Millisi əlavə olunmuş ilk hissənin son dəqiqəsində Salsido ilə hesabı açdı. 110-cu dəqiqədə isə, Fiqeroa qapı qarşısında yaranmış qarmaqarışıqlıqdan istifadə edib hesabı bərabərləşdirə bildi... Belədə qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələri təyin olundu. Hər iki komanda ilk beş zərbəni dəqiq yerinə yetirdi. 6-cı zərbəni Rikardo Osario yerinə yetirə bilmədi.Argentinalı Kombiasso isə yaranmış bu üstünlükdən maksimum yararlanaraq, öhdəsinə düşən zərbəni dəqiq yerinə yetirərək komandasını finala yüksəltdi.

Paylaş