KONYASPOR ƏVƏZ ÇIXDI . . .

single-news
5 İyl 2006

KONYASPOR ƏVƏZ ÇIXDI . . .



“Qarabağ” Futbol Klubu hazırlığın ikinci mərhələsində ikinci matçını bu gün oynadı. Komandamız Türkiyə superligasında öz dəsti-xətti olan “Konyaspor” klubu bu dəfə Konyada qarşılaşdı... “Qarabağ” – C.Həsənzadə, S.Sokolov, B.İliç (H.İsgəndərov), A.Məmmədov, A.Kərimo, R.Hüseynov, E.Xankişiyev (M.Hüseynov), V.Haqverdiyev (M.Orucov – S.Abbasov), R.Hüseynov (N.Yusifov), H.Dəmir (H.Mərdanov), K.Kərimov (S.Musayev). “Patalya” otelindən 5 saatlıq məsafədə olan Konya şəhərinə “Qarabağ” planlaşdıılan oyun vaxtından bir saat öncə çatdı. Oyun qarşılıqlı hücumlarla başladı. İlk görüşdəki gənclərdən fərqli olaraq (PAF) rəqib baş məşqçi Nurulla Sağlam bu dəfəki oyuna çempionatda güvəndiyi oyunçuları buraxmışdı. Lakin bu oyunun ilk dəqiqələrində heç də hiss olunmadı. Hətta ilk təhlükəli vəziyyəti də rəqib qapısını önündə Hakan – Kənan çütlüyü yaratdı. Lakin hesabı ilə daha təcrübəli “Konya” futbolçuları açdı. Sergeyin kobud səhvindən sonra qapıçı ilə təkbətək qalan rəqib hücumçu hesbı açdı. Hissənin sonlarına doğru ilə daha bir müdafiəçimiz İliçin öz cərimə meydançamızda “fint” etmək cəhdi dha bir topun qapımıza vurulması ilə nəticələndi. Doğrudur, ikinci hissənin əvvəllərində komandamız iki real qol imkanı qazansa da, əvvəlcə Müşviq, az onra isə Samir bu imkanları boşa verdi. Bunun əvəzində isə matçın sonlarında rəqib daha iki dəfə komandamızı mydana mərkəzdən başlamağa məcbur etdi...

Paylaş