Kovalyovla danışıqlar alınmadı (EXPRESS, 01.07.2005)

single-news
1 İyl 2005

Kovalyovla danışıqlar alınmadı (EXPRESS, 01.07.2005)



İxtiyarında yalnız 38 yaşlı Nadir Şükürov olduğundan qapıçı axtarışında olan "MKT-Araz" Etibar Tarıverdiyevi sıralarına qatmaq fikrindədi. Xatırladaq ki, təcrübəli əlcək sahibi ötən mövsüm birinci dövrəni "Karat"da, ikinci yarını isə "Bakılı"da keçirdi. Xüsusilə də "Bakılı"da inamlı oyunuyla yadda qalan Etibarla imişlilər maraqlanır. Komandanın göz qoyduğu digər qapıçı Vitali Kovalyovla danışığı baş tutmayıb. "Bakılı"nın daha bir oyunçusu Araz Qulamov, habelə ötən mövsüm "Ədliyyə"nin sıralarında olan Azər Bağırovun da "MKT-Araz"a keçmək variantı mövcuddu. Bu gün "Gənclərbirliyi" ilə qarşılaşacaq İmişli klubu gələn ayın 3-də yoxlama oyun çərçivəsində U-19-la qüvvəsini sınamaq fikrindədi. Bundan 6 gün sonra sonuncu sınaq matçını keçirəcək "KT-Araz" bununla da Sumqayıt hazırlığını başa vuraraq Makedoniyaya üz tutacaq. Qeyd edək ki, Əli Əbubəkirlə Artyom Bezrodnı hələ də gəlib çıxmayıb. Artyom sənəd problemini yoluna qoymaq üzərində olduğunu deyərək bu şənbə düşərgədə olacağı haqda məlumat verib. Əbubəkir isə Nigeriyadan Birləşmiş Ərəb Əmirliyindən keçərək ölkəmizə gəlməlidi. Ancaq Dubayda sənəd problemi üzündən "ilişən" Əli imişlilərin gözünü intizarda qoyub. Artıq klub rəhbərliyi, eləcə də onun meneceri bu haqda məlumatlanıdırı¥l©ə onlar problemi yoluna qoymağa çalışır. Dmitri Parxomenkonu saxlamaq fikrində olan "MKT-Araz" Ukraynadan 2, eləcə də Braziliyadan bu sayda yeni oyunçunun gəlişini gözləyir.

Paylaş

// pop up