Krakovda `Qarabağ`ı leysan qarşıladı

single-news
27 İyl 2010

Krakovda `Qarabağ`ı leysan qarşıladı



`Qarabağ`ımız artıq Krakovdadır. Bu gün 16:00-da Bakıdan Krakova hərəkət edən komandamız 3 saat 30 dəqiqəlik yolçuluqdan sonra yerli vaxtla 16:30-da Polşanın 3-cü böyük şəhəri olan Krakova çatdı.  Polşanın bu qədim şəhəri `Qarabağ`ı leysan yağışıyla qarşıladı. 30 dəqiqəlik yolçuluqdan sonra komandamız otelə varid oldu. Yüngül qəlyanaltı edən komandamız 18:30-da məşq etmək üçün `Visla`nın stadionuna yollandı. Bu zaman isə hələ də leysan davam edirdi. Meydanda su gölməçələrinin yaranmasına baxmayaraq komandamız təxminən saat yarım həvəslə məşqini davam etdirdi.
Sabah komandamız 20:00-da oyunun keçiriləcəyi `Hutnik` stadionunda sonuncu məşqini edəcək.

Paylaş

// pop up