KRAL. YENƏ DƏ KRAL!
KRAL. YENƏ DƏ KRAL!
RUSLAN MƏMMƏDLİ
Bitdi. Artıq, “Kral”ın taxtına sadəcə bir iddialı var. O da elə “Kral”ın özüdür. Çempionatın sonuna hələ 5 tur qalsa da XX əsrin ən böyük klubu seçilmiş Madrid “Real”ının “toz”una belə çatmaq mümkün olmayacaq. Dünən ölkə kralının himayəsində olan “ağ”ların cari birincilikdə əla təsir bağışlayan “Rasinq”i məğlub edərək artıq bütün suallara aydınlıq gətirib. Düzdü, onsuzda “sürünən” Barselona” bir gün öncə “Espanyol”a növbəti dəfə dişinə göstərə bilməməklə əzəli və əbədi rəqibinin ötən katalonlardan təhvil aldığı taxtda daha bir il əyləşməsinə məcburən də olsa göz yummalı olduğuna razılaşmışdı. Üstəlik, “Barsa” indi çempionluqdan daha çox “şərəfli ikincilik” üçün “Vilyareal”la mübarizə aparmalıdır.
Bunları vurğulamaqla çempionatın xronoloji təfsilatı yox, birinciliyin taleyini həll edən heç də 38 tura sığmayan mübarizəyə qalibiyyət gətirmiş strategiyaya nəzər salmaq niyyətindəyəm. Yəqin, keçən il Madriddə klubun sabiq baş məşqçisi Kapellonun başına gətirilənlərdən futbolla az-çox maraqlananların xəbəri var. Maraqlıdı ki, Suşter dahi italyan çalışdırcının getdiyi yolda demək olar ki, eyni aqibətlə üzləşdi. Baxımlı oyuna üstünlük verdiyini bildirən klub rəhbərləri bu məqsədlə qovduqları Kapellonun ylou gedən Suşterə göstərdikləri dəstək həm təqdirlayiq idi həm də, ya “kral”sevərlər ya ağıllanıb ya da səhvlərindən nəticə çıxarıb.
Yəqin, yadınızdadır. 5-6 tur bundan öncə “Real”ın ardıcıl xal itkiləri ilə “Barsa”yla fərqi 2-yə qədər azalmasına şərait yaradanda futbol ictimaiyyəti dilemma qarşısında qalmışdı. Görəsən, Kapellonu göndərənlər eyni addımı atacaqdılarmı? Və həmin anda Ramon Kalderon (klubun prezidenti) çıxıb ictimaiyyətə qəti açıqlama verdi: “Real” çempion olmasa da Suşter postunda qalacaq!!!” Belə bir açıqlamadan sonra təbii ki, qulaqlağı səsdə olan futbolçular və məşqçi heyəti necə deyərlər, artıq öz işini bildilər. Belə bir açıqlama üstəgəl “Barselona”nın və digər rəqiblərinin bərbad gündə olması və ən əsası rəhbərliyin ötən il(lərdə)ki səhvlərindən əla nəticələr çıxardığı göstərdi. Yəqin, mənimlə, razılaşarsınız ki, Suşter dahi məşqçi deyil. Ən azından Kapellodan güclü deyil. Amma nə oldu? Kalderon dünyanın ən populyar klubunun cari birincilikdə taleyinə 1 cümlə ilə aydınlıq gətirdi.
Düzdü, nəzəri cəhətdən “Real”ın tarixində 31-ci dəfə çempionluğunu rəsmiləşdirməsini ən azı bir il təxirə salma ehtimalı var. Lakin, ən pessimist “Real” azarkeşi belə sevimililərinin növbəti dəfə ölkə birinciliyini zəfərlə qapayacağına şübhə etmir. Amma yuxarıda qeyd etdiyimiz kimi, buna səbəb “Real”ın gücündən çox rəqiblərinin taqətinin olmamasıdır. Klub rəhbərliyi Suşterə lazımi anda önəmli qərarı almaqla həm də klub strategiyasında önəmli addım atmış oldu. Düzdü, çempionluğa rağmən Suşterin mövsümündə “uğurlu” və ya “uğursuz” damğasından hanısının alnına vurulaçağını bilmək olmaz. Ən azından elə yaxın keçmişdə İspaniya çempionluğu ilə yanaşı Avropada qabağına çıxanı peşiman edən Del Boskeni “Real”da bu uğurlara baxmayaraq Madriddə saxlamadılar. Suşter isə Avropada 18 finalda meydanı tərk etməli oldu. Çempionatda... Belə də...
İndi, Allah saxlasın. “Real” rəhbərliyinin “ip”inin üstünə odun yığmaq olmaz. Birdə gördün Kalderonun beyni qızdı, dedi ki, Suşter sənə də yaxşı yol. Amma hələlik, Suşterin kreslosundan tərpətmək niyyətində olan yoxdur. Elə Del Boske və Kapello kimi...