KRESPO ITALIYAYA QAYITMAQ İSTƏYİR
17 Yan 2006
KRESPO ITALIYAYA QAYITMAQ İSTƏYİR
“Çelsi”nin hücumçusu Ernan Krespo etiraf edib ki, mövsüm başa çatdıqdan sonra İtaliyaya qayıtmaq istəyir. 30 yaşlı argentinalı hücumçu “Stemford bric”də xöşbəxt olduğunu, bununla belə İtaliya həyatı üçün darıxdığını bildirib.
“Biz Komyuniti Şildi udduq, bizim Premyer Liqada 13 xallıq üstünlüyümüz var və dünyanın ən güclü məşqçisi ilə işləyirik.” – deyən Ernan bunları da əlavə edib: “Bunların hamısı etiraf etsəm də, həyat təkcə futbolla bitmir. Məh hər şeyimi itirdim: dostlar, kino, teatr...”.
Ötən sezon Ernan Krespo “Milan”ın heyətində keçirib. Karyerasının böyük hissəsini də o İtaliyaya həsr edib. Bu mövsümdə isə, “Çelsi”nin rəsmi saytının verdiyi məlumata görə hücumçunun aktivində 10 qol var...