Kristian Torres:`Neftçi`ni udsaq...

single-news
2 Apr 2013

Kristian Torres:`Neftçi`ni udsaq...



`Qarabağ`ımız Aprelin 6-sında `Neftçi`ylə qarşılaşacaq. Komandamız derbiyə hazırlıqlarını davam etdirir. Azərbaycan derbisində komandamızdan Vaqif Cavadov və Branimir Subaşiçin oynamayacağı dəqiqdir. Amma `Qəbələ` ilə son görüşdə yeni transferlərimiz Torres, Reynaldo və Opara yaxşı təsir bağışlayaraq itkiləri hiss edirmədilər. Sonuncu görüşdə `Qarabağ`ımızda debüt edən Kristian Torres də 89 dəqiqə meydanda qalaraq diqqətləri cəlb etdi. `Qarabağ`ın ilk argentinalısı saytımıza həm bu oyun, həm də `Neftçi` haqqında danışıb:`Bəxtsizlikdən `Qarabağ`a qoşulan kimi zədələndim. Hardasa 2 ay meydandan kənarda qaldım. Sağ olsun komanda yoldaşlarım. Həm məşqçilər, həm də futbolçular daim mənə dəstək oldular. `Qəbələ` ilə vacib görüşdə start heyətində meydana çıxmağım bir qədər həyəcanverici olsa da, oyunun gedişində tezliklə bu problemi aradan qalxdı. Sevindirici haldır ki, qələbə qazana bildik. Uşaqlarla sona qədər mübarizə aparaq lazımı nəticəni qazana bildik. İndi bizi qarşıda `Neftçi`ylə oyun gözləyir. `Ağ-qara`lar olduqca yaxşı futbol oynayır. Amma bizim də hədəfimiz bəllidi. `Neftçi`ni udsaq iddiamız çox güclənəcək. Qələbə `Neftçi`dən çox bizim üçün vacibdir. 3 xal fərqin 3-ə qədər azalması deməkdir. `Neftçi`ylə oyunda meydanda olmaq istərdim. Amma buna baş məşqçimiz qərar verir. Komandamızda hər mövqedə inanılmaz rəqabət var. Bu şübhəsiz, komandamızın xeyrinədir. İnanırıq ki, sonda istədiyimiz nəticəni qazana bilərik. Bizim buna potensialımız çatır.`

Paylaş

// pop up