KUBOK 14-CÜ DƏFƏ "BAVARİYA"DA

single-news
21 Apr 2008

KUBOK 14-CÜ DƏFƏ "BAVARİYA"DA



Şənbə günü Almaniyada ölkə kubokunun final matçı keçirildi. Həlledici qarşılaşmada Dortmund”Borussiya”sı ilə Münxen “Bavariya”sı ilə üz-üzə gəlirdi. Bu matça maraq olduqca böyük idi. Təsadüfi deyil ki, “Borussiya”  - “Bavariya” matçını 50-yə qədər ölkə telekanalı izləyirdi. Bu oyunu prinsipial da adlandırmaq olardı. Belə ki, bu komandaların ilk dövrədəki qarşılaşmasında “Borussiya” rəqibini 3:2 hesabı ilə məğlub eləmişdi. Ardınca isə Feliks Maqat istefaya göndərildi.

İkinci dövrədə isə komandalar Münxendə kimin güclü olduğunu aydınlaşdırdılar və 3 gün öncə keçirilmiş matçda “Bavariya” rəqibini 5:0 hesabı ilə məğlubiyyətə uğratdı. Bu mənada dortmundlular meydançaya qisas hissi ilə çıxmışdılar. Oyuna rəng qatan digər məqamlar da kifayət qədər idi. Hazırda “Bavariya”nın baş məşqçisi olan Ottmar Hitsfeldbir vaxtlar Dortmund klubunun baş məşqçisi kimi böyük uğurlara imza atmışdı.Ən çox maraq doğuran məqam Hitsfeld və Oliver Kann ətrafında idi. Bildiyiniz kimi mövsüm başa çatan kimi təcrübəli mütəxəssis “Bavariya”dan ayrılacaq. Kan isə ümumiyyətlə, futbolçu karyerasını başa vuracaq. Bu mənada bu matç həm baş məşqçi üçün həm də kapitan üçün son Almaniya kuboku idi və komanda olaraq münxenlilər qələbə qazanaraq bu kuboku onlara hədiyyə etməyi düşünürdülər.

Və belə də oldu. “Bavariya” 2:1 hesabı ilə qələbə qazandı. 2007-2008 mövsümündə Almaniya Kuboku “Bavariya”ya qismət oldu.

Paylaş

// pop up