Kubok Ağdama nə vaxt aparılacaq?

single-news
14 Avq 2014

Kubok Ağdama nə vaxt aparılacaq?



Məlum olduğu kimi, `Qarabağ`ımız uzun aradan sonra 2013-2014 mövsümü sonunda ölkə çempionu oldu. Qarabağın `Qarabağ`ı məlum səbəblərdən dolayı çempionluq kubokunu Bakıda qalmalı oldu. Amma klubumuzun vitse-prezidenti Tahir Gözel  verdiyi açıqlamada bildirmişdi ki, kuboku görmək Ağdam camaatının haqqıdı və ən uyğun zamanda kubok Ağdama aparılıb insanlara təqdim ediləcək. Avrokubokların sıx qrafiki ilə əlaqədar olaraq kubokun Ağdama aparılması yubanırdı. Artıq ölkə çempionunun Ağdama gedəcəyi tarix müəyyənləşib. `Qarabağ FK başda Tahir Gözel olmaqla çempionat və avrokuboklara milli oyunlar səbəbindən veriləcək fasilə zamanı Ağdama yollanacaq. `Qarabağ`ımızın Ağdama səfəri Sentyabrın 1-7 arasında baş tutacaqdır.  

Paylaş

// pop up