Kubok, derbi, statistika

single-news
24 Fev 2009

Kubok, derbi, statistika



Sabah  Azərbaycan kubokunda  önəmli derbilərdən olan `Qarabağ` – `Neftçi` matçı baş tutacaq.  `Qarabağ`la `Neftçi` arasındakı mücadilə  daim öz rəngarəngliyi ilə seçilib. Görəsən statistika bu baxımdan nə vəd edir? İndiyə kimi 15 çempionatda qarşı qarşıya gələn tərəflər nə az nə çox düz 33 oyunda münasibətlərə aydınlıq gətirməyə çalışıb. Bu oyunların balansında komandamızın 8 qələbəsi gözə çarpır. “Neftçi” isə 11 dəfə qələbəni bayram edib. Top fərqinə gəlincə, 26 dəfə rəqib topu qapıdan çıxarmağa məcbur olsa da, komandamız 36 dəfə eyni işi görməli olub. İlk dəfə rəqibimizlə 1992-ci ildə qarşılaşmışıq. O zaman ilk matçda bərabərə qalsaq da, cavab görüşündə ilk qələbəni qazanmışıq. Növbəti 3 çempionatda rəqibə qələbə sevinci yaşamağa izin verməmişik. Bakılılar ilk dəfə 1994-1995 mövsümündə 3:2-lik qələbə qazanıblar. Ötən mövsümə gəlincə, maraqlıdır ki. hər iki oyunda bərabərlik qeydə alınıb və qapılara bir qol belə vurulmayıb.
Sabah Kubokun 18 finaldakı matçisə  isə sayca 11-ci olacaq. Bu dəfə qələbə sayında rəqibi minimal sayda üstələsək də, top fərqi “Neftçi”nin xeyrinədir:6:9.

Kuboku qazandığımız 2005-2006 mövsümündə yarımfinalda məhz adı çəkilən komandanı məğlub etmişdik (0:0,1:0). Növbəti mövsüm isə 1 mərhələ erkən qarşılaşmışıq. Bu dəfə `ağ-qara`lar tur keçmə sevincini yaşayıb(1:2, 1:0)

 QARABAĞ - NEFTÇİ

  ÇEMPİONATLARDA

Çempionat  Oyun  Qələbə  Heç-hecə  Məğlubiyyət  Top fərqi

 15         35    8        16          11         26-36

  KUBOKLARDA

Kubok      Oyun  Qələbə  Heç-hecə  Məğlubiyyət    Top fərqi

 6          10      4       3         3            6-9

Paylaş

// pop up