Kubok hazırlığı davam edir
1 Mar 2010
Kubok hazırlığı davam edir
`Qarabağ`ımız bazar günü ölkə kubokunun ¼ final mərhələsində qəbul edəcəyi `Xəzər-Lənkəran`la hazırlıqlarını davam etdirir. Bu məqsədlə komandamızın bu gün bir məşqi planlaşdırılır. Suraxanı qəsəbə stadionunda 15:30-da baş tutacaq çalışma yeganə olacaq. Məlum olduğu kimi, milli futbolçulardan əskik olaraq çalışan komandamızda Emin İmaməliyev, Ayxan Abbasov və Georgi Adamiya zədədən əziyyət çəkirdi. Lakin, `Bakılı`yla yoxlama oyununda Eminlə Adamiya komandamızın start heyətində yer almışdı. Sevindirici məqam odu ki, Ayxan da artıq sağalıb. Və belə də komandamız `əldə` olanlarla tam heyətlə hazırlıqlarını davam etdirir.
Bir daha xatırladaq ki, 7 martda Quzanlı qəsəbə stadionunda baş tutacaq matç 14:00-da keçiriləcək.