KUBOK HAZIRLIĞINA START VERİLDİ . . .

single-news
14 Okt 2006

KUBOK HAZIRLIĞINA START VERİLDİ . . .



"Qarabağ" Futbol Klubu 10 günlük təlim məşq prosesini başa vurduqdan sonra bir günlük istirahət etdi. Bu gündən isə komanda Azərbaycan Kuboku uğrunda 17 oktyabrda keçiriləcək "MOİK"lə cavab qarşılaşmasının hazırlığına start verdi. Heyətdə zədəlilər bağlı problem aradan qaldırılmaq üzrədir."Neftçi" oyununda zədələnmiş Elmir Xankişiyev və Slobodan Sladoyeviç tam güc ilə komandanın məşqlərində iştirak etdi. Digər fərdi məşq edən və millidən qayıtmış futbolçular da bu gündən komandanın məşqlərinə qatıldılar. Yalnız Romal Hüseynov son yoldaşlıq görüşündən sonra dizinin ağrıması səbəbindən bu günkü məşqi kənardan izlədi. "Qarabağ-2" komandamız da "Bakılı" ilə keçirəcəyi kubok cavab oyununa səylə hazırlaşır. İlk oyunda minimal hesablı məğlubiyyətə baxmayaraq komanda tur keçmək iddiasındadır. Hər iki qarşılaşmanın hakimləri təyin olunmuşdur. "Qarabağ" - "MOİK" oyunu İmamxan Sultani, "Bakılı" - "Qarabağ-2" oyunu isə Fariz Yusifov idarə edəcəklər. Oyunlar saat 16:00-da başlanacaq.

Paylaş