KUBOK İSPANİYADA QALDI
KUBOK İSPANİYADA QALDI
ÇL-in ardından UEFA kubokunun da finalçılarının adı məlum olub. Lakin dünyanın ən güclü klub turnirindən fərqli olaraq cari turnirdə eyni ölkənin təmsilçiləri kubok uğrunda mübarizə aparacaq. 2 ispan təmsilçisi “Sevilya” və “Osasuna” matçından daha çox “Verder” – “Espanyol” matçı daha çox maraq oyadırdı. İlk oyunlardan sonra “Espanyol” finala yaxın olsa da “Verder”in uğurlu çıxışı almanların möcüzəyə yarada biləcəyi düşüncəsi formalaşdırırdı. Görüş almanlar üçün yaxşı da başladı. Artıq 4-cü dəqiqədə Almeydanın ev sahiblərini önə keçirməsi almanlarını 3:0-lıq məğlubiyyətin əvəzini çıxacağına bir əlamət olsa da 15 dəqiqə sonra “Verder”in bütün ümidləri qırıldı. Komandanın lideri Miroslav Klozenin komandasını azlıqda qoyması vəziyyəti anidən dəyişdi. Bundan istifadə edən ispanlar ikinci yarıda Koro və LaKruzala fərqlənərək adını finala yazdırdı.
Digər görüşdə isə kubokun sonuncu sahibi “Sevilya”ya 1:0-lıq məğlubiyyətin əvəzini çıxaraq ardıcıl ikinci dəfə finala çıxdı. Sevilyalıların ilk qolu matçı 37-ci dəqiqəsində vuruldu. Duruma bərabərlik gətirən qola Luis Fabiano imza atdı. İkinci yarıda da hücumlarını davam etdirən ev sahibləri bir də 53-cü dəqiqədə qola sevindilər. Matçda başqa qol olmayınca “Sevilya”nın Mayın 17-ində “Espanyol”la qarşılaşacağı məlum oldu.