KUBOK LƏNKƏRANDA...
KUBOK LƏNKƏRANDA...
24 may 2008-ci il... Bu tarix çoxlarının yaddaşında hələ uzun müddət qalacaq. Çünki bu tarixdə cənub təmsilçisi “Xəzər – Lənkəran” Azərbaycan kubokuna yenidən yiyələndi. Matç T.Bəhrəmov adına stadionda saat 18:00-da başladı. Hər iki komandanın oyuna ciddi hazırlaşdığı hiss olunurdu. Ancaq komandalar nə qədər çalışsalar da hesabı aça bilmirdilər. “Xəzər – Lənkəran”ın real qol şansları “İnter”ə nisbətən daha çox idi. Amma oyunun əsas vaxtında hesab açılmadı. Artırılmış əlavə vaxtda, 115-ci dəqiqədə Junior Osvaldo vurduğu qolla ağ-yaşılların tərafdarlarını coşdurdu. Amma braziliyalı bununla da yetinmədi və 118-ci dəqiqədə paytaxt təmsilçilərini yenidən meydanın mərkəzinə dəvət etdi. Bununla da “Xəzər – Lənkəran” keçən ilki uğurunu yenidən təkrarlayaraq Azərbaycan kubokunu doğma diyarlar Lənkərana apardı. Eyni zamanda UEFA-ya da vəsiqə qazandı.