Kubok uğrunda..`Kəpəz` - `Qarabağ`. 0:2

single-news
28 Noy 2012

Kubok uğrunda..`Kəpəz` - `Qarabağ`. 0:2



1`- Oyun başlayır
4`- Vüqar ofsayta düşür
6`- `Qarabağ` ərazi üstünlüyünü ələ keçirməyə çalışır
8`- Vüqar künc zərbəsi yerinə yetirir..lakin Muaremin qapıya doğru zərbəsi dəqiq olmur
11`- Maksimin qapı qarşısındakı Vüqara ötürməsi..lakin qapıçı Vüqarı qabaqlayır
14`- `Kəpəz`in uzaqdan qapıya doğru zərbəsi..Fərhad topu dəf edir
15`- `Qarabağ` hücumu.. Qaranın qapıya doğru zərbəsi..lakin zərbə qeyri dəqiq olur 
19`- Komandamızın daha bir hücumu..Vüqarın qapıya doğru qüvvətli zərbəsi..lakin top qapıdan aralı keçir
24`- Əks hücumumuz..Riçardın baş zərbəsi..lakin top qapının üstündən keçir
30`- Artıq oyunda 30 dəqiqdə geridə qalıb..hesab açılmayıb
31`- Riçardın qapıya doğru daha bir zərbəsi..lakin top qapıdan aralı keçir
34`- Muaremin cərimə meydançasına daxil olur..lakin müdafiəçilər onun qapıya doğru zərbəsinin qarşısını alır
37`- `Kəpəz` oyunçusu zədələnir və ona tibbi yardım göstərilir..ona görə də oyunun tempi bir qədər düşür
44`- İlk hissəyə 1 dəqiqə əlavə olunur
45+1`- İlk hissə bitir
46`- İkinci hissə başlayır..`Qarabağ`da oyunçu dəyişikliyi..Muaremi Vaqif əvəzləyir
50`- Oyunda hələki hesab açılmayıb
53`- `Kəpəz` hücumu..Fərhad zərbəni zərərləşdirir
57`- `Qarabağ` hücumu..Vüqarın başla qapıya doğru zərbəsi..lakin top qapının üstündən keçir
62`- Qara sarı vərəqə alır
63`- `Qarabağ`da oyunçu dəyişikliyi..Vüqarı Əfran İsmayılov əvəzləyir
67`- Əfran 2 rəqibini keçir..o cərimə meydançasına daxil olur..lakin qapıçı zərbənin qarşısını alır
72`- Komandamızın ardıcıl hücumları..əvvəlcə Riçardın, daha sonra Vaqifin ardıcıl həmlələri nəticə vermir
75`- `Qarabağ`da oyunçu dəyişikliyi..Rauf Əliyevi Rəşad Sadıxov əvəzləyir
80`- Oyunda son 10 dəqiqə..lakin hesab açılmayıb
89`- Oyunun sonuna 3 dəqiqə əlavə olunur
90+3`- Oyunda əsas hissə 0-0 heabı ilə başa çatır
91`- İlk əlavə olunmuş 15 dəqiqə başlayır
93`- Əfranın qapıya doğru zərbəsi qapıçıdan dönür.. Dönən topa Riçardın təkrar zərbəsi, lkain top qapının üstündən keçir
99`- Vaqifin sol cinahdan yerlə ötürdüyü topu `Kəpəz` müdafiəçiləri dəf etmək istəyərkən qapıya göndərilir..hesab açılır..1-0
103`- Qaranın qapıya doğru zərbəsi..lakin top qapının üstündən keçir
105`- İlk əlavə olunmuş 15 dəqiqə bitir
106`- 4-cü hissə başlayır
112`- Ardıcıl 2 əks hücumumuz..lakin nəticəsizdir
113`- Daha bir hücum..Əfran hesab arasında fərqi artırır..Hesab 2-0
120`- Oyun 2-0 hesabı ilə bitir

Paylaş

// pop up