KUBOK YENƏ “BEŞİKTAŞ”IN OLDU
KUBOK YENƏ “BEŞİKTAŞ”IN OLDU
Türkiyə çempionatının bitiminə 3 tur qalsada kubokun sahibi müəyyənləşib. İzmir stadionunda keçrilən matçda “Trabzonspor” və “Qalatasaray”ı məğlub edərək finala yüksəlmiş “Erciyesspor” ölkə kubokun sonuncu sahibi “Beşiktaş”la qarşılaşıb. Həftəsonu “Fənərbaxça”ya məğlub olaraq çempionluq şansını itirən “qara qartallar” Bülent Korxmazın başçılıq etdiyi “Erciyesspor”u məğlub edərək təsəlli tapmaq istəyirdi. Düzdü, “ağ-qara”lar sonda istədiyinə çatdı. Lakin Tiqananın yetirmələri bunun üçün çox əziyyət çəkdilər.Xüsusilə, görüşün ilk yarısında passiv oyun nümayiş etdirən tərəflər ikinci hissədə bir qədər fəallaşsalarda risk etməyərək əlavə vaxtı oynamağa razılıq verdilər. Oyunun əsas vaxtı heç-heçə başa çatdı. İlk əlavə vaxtın 12-ci dəqiqəsində “Beşiktaş” istəyinə qovuşdu. Cari mövsüm İstanbul təmsilçisinin ən uğurlu futbolçusu Bobo kubokun taleyini həll edən yeganə qola imza atdı. Matçda başqa qol olmayınca “Beşiktaş” ardıcıl 2-ci ümumiyyətlə isə 7-ci dəfə Türkiyə kubokuna sahib çıxdı.
