Kubok zamanı

single-news
11 Mar 2014

Kubok zamanı



`Qarabağ`ımız kubok mücadiləsinə yönəlib. Premyerliqanın sonuncu turunda `Bakı`nı 4:0 hesabıyla məğlub edən komandamız dərhal hazırlıqlara başlayıb. Ölkə kubokunun ¼ final mərhələsində `Qəbələ`nin qonağı olacaq komandamız bugün yeganə çalışma gerçəkləşdirib Qəbələyə yollanacaq.
Qeyd edək ki, kubokun ilk görüşü sabah, Qəbələ şəhər stadionunda saat 14:30-da keçiriləcək. Cavab görüşü 1 həftə sonra Martın 19-unda baş tutacaq.

Paylaş

// pop up