Kubokda da `İnter` - `Roma`. VİDEO

single-news
14 Apr 2010

Kubokda da `İnter` - `Roma`. VİDEO



Çempionatda liderliyi `Roma`ya verən,  eyni zamanda Çempionlar Liqasında mübarizəsini davam etdirən `İnter` İtaliya kubokunda da finala yüksəlib. İlk matçda `Fiorentina`nı 1:0 məğlub edən milanlılar səfər matçında da eyni uğura imza atıb. Oyunda yeganə qola Samuel Eto`o imza atıb. Maraqlıdı ki, cəmi 3 gün öncə tərəflər eyni stadionda A seriyasında qarşılaşmış və qolu bərabərlik qeydə alınmışdı, 2:2 (Eto`o bu oyunda da qol vurmuşdu. ). Daha bir məqam isə `İnter`in finalda böyük ehtimalla çempionluq uğrunda mübarizə apardığı `Roma` ilə qarşılaşmasıdı. İlk oyunda `Udinese`yə 2:0 qalib gələn paytaxt təmsilçisi çox güman şansını buraxmayacaq.

 

`FİORENTİNA` - `İNTER` 0:1. SAMUEL ETO`O,56

Paylaş

// pop up