KUBOKUN SAHİBİ ÇƏTİN SINAQ QARŞISINDA . . .
29 Noy 2006
KUBOKUN SAHİBİ ÇƏTİN SINAQ QARŞISINDA . . .
"Qarabağ" Futbol Klubu Ölkə Kubokunun 1/8 final, cavab qarşılaşmasının hazırlıqlarını davam etdirir. Komanda gündə bir dəfə Suraxanı qəsəbə stadionundakı T.İsmayılov adına stadionda məşqlər edir. Komandanın heyətində itkilər qalmaqdadır. Belə ki, "İnter"lə çempionat oyunu öncəsi zədə almış Azər Məmmədov hələ də fərdi məşqlərlə kifayətlənir. Bundan başqa hücumçumuz Samir Musayevin də zədəsi də ciddidir. O, həkim nəzarəti altında müalicə olunur. Qoqa Beraya və Mübariz Orucov da yalnız fərdi məşqlər etməklə kifayətlənirlər. Birinci yalnız ikinci dövrənin hazırlıqları başlanan zaman komanda ilə məşqlərə qatılacaq.
Son oyunlarda komandanın qeyri-qənaətbəxş oyunu Klub rəhbərliyini də narahat edir. Hələ "Xəzər Lənkəran"la oyundan sonra Klub başçısının radikal addımlar atacağı barədə fikirlərinin reallaşması yönündə işlər görülməyə başlanmışdır. Artıq komandanın Direktoru Işık Emrah Çelikel Türkiyəyə yola düşmüşdür. Klub direktoru komandanın ikinci dövrə daha güclü heyətlə çempionatı davam etdirmək üçün görüşlər keçirməkdədir. Eyni zamanda komndanın ikinci dövrə hazırlıqlarının keçirilməsi, futbolçuların fiziki hazırlıqla bağlı testdən keçirilməsi də Klub direktorunun Ölkə xarixcində planlarına daxildir. Məhz bu test ikinci dövrədə komandanın heyətinin qurulmasına təsir edəcək.
"Qarabağ" Futbol klubu Ölkə Kubokunun 1/8 final, cavab qarşılaşmasını 3 dekabr, T.İsmayılov adına respublika stadionunda, saat 14:00-da keçirəcək. Oyun öncəsi futbolçuların fikirlərini matçdan öncə yalnız saytımızdan oxuya bilərsiniz...