KUFFUR VƏ LİNQDREN "AYAKS"DA

single-news
30 Yan 2008

KUFFUR VƏ LİNQDREN "AYAKS"DA



"Roma" ilə qarşılıqlı razılaşma əsasında müqaviləsini pozan qanalı müdafiəçi Samuel Kuffur karyerasını bundan sonra "Ayaks"da davam etdirəcək. 31 yaşlı futbolçu azada agent kimi keçdiyi Amsterdam klubu ilə 6 aylıq müqavilə imzalayıb. Əvvəllər "Bavariya"dakı parlaq oyunu ilə seçilən Kuffur 2005-ci ilin yayında "Roma"ya keçmişdi. Lakin qanalı futbolçu "canavarlar"ın heyətində ona bəslənilən ümüdləri doğrulda bilməyib. Bundan başqa, "Ayaks" "Qroningen"in yarımmüdafiəçisi Rasmus Linqdreni də alıb. Amsterdamlılar 25 yaşlı futbolçunun keçidi üçün 2.5 milyon avro xərcləməli olublar. Linqdren qış transferi dövründə "Ayaks"ın aldığı ikinci müdafiəçi olub. Buna qədər onlar Bruno Silvanı da heyətlərinə cəlb ediblər.

Paylaş

// pop up