"Kukesi" - "Qarabağ"ımız 0:0

single-news
25 İyl 2018

"Kukesi" - "Qarabağ"ımız 0:0



Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. "Qarabağ"ımız səfərdə Albaniyanın "Kukesi" klubuyla qarşılaşıb. Komandamız oyun ərzində bir neçə dəfə hesabı açmağa yaxın olsa da, bu fürsətlərdən istifadə edə bilməyib. Qarşılaşma 0:0 hesabıyla başa çatıb.

Qeyd edək ki, tərəflər arasında cavab matçı 1 avqust, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Paylaş

// pop up