"Kukesi" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq
23 İyl 2018
"Kukesi" - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq
Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Kukesi” (Albaniya) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. İyulun 24-də baş məşqçimiz Qurban Qurbanov Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Loro Boriçi” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.