LAKTAT TEST VƏ ONUN ÜSTÜNLÜKLƏRİ

single-news
9 İyl 2007

LAKTAT TEST VƏ ONUN ÜSTÜNLÜKLƏRİ



Təlim məşqin bu günü komanda bütünlüklə Laktat Testdən keçdi. Türkiyə Milli komandasının Baş Həkimi Bülent Albayrakın rəhbərlik etdiyi qrup "Qarabağ" Futbol Klubunu hər bir futbolçusunun verim faizini onların qan analizləri ilə yoxladı....

Gün iki hissəyə ayırıldı. Səhər məşq zamanı komanda sıçrama və sprint testləri verdilər. İlk olaraq "Qarabağ"lılar müxtəlif növ sıçrama növlərində öz qabiliyyətlərini göstərdilər. Bu zaman bədənin, sag və sol ayaqların dayanıqlığı, hansı ayağın daha güclü olduğu müəyyənləşdirildi. Buna uyğun da hər bir futbolçuya fərdi proqram uyğulanacaq.

Daha sonra futbolçular sprint testdən keçdilər. 35 metr məsafəni qət etməli olan futbolçuların hər 5,10,15,20 metrlik məsafələr üçün də sürəti ölçüldü. Bunun faydası hansı futbolçunun qısa məsafəni, hansının uzun məsafəni daha tez qət etməsini müəyyənləşdirmək, zəif tərəflərin üzərində hər bir futbolçu ilə fərdi çalışmaqdır.

Bundan başqa futbolçular səhər məşqində koordinasiyalı anaerobik sistemli testdən də keçdilər ki, bunun nəticəsi ən yaxın zamanda məşqçilərə veriləcəkdir.

Günün ikinci məşq zamanı isə bütünlükdə Laktat testə sərf olundu. 100 və 200 metrlik dairələri dət edən futbolçular hər üç dəqiqədən bir qan analizi verirdilər ki, bununla da futbolçunun dayanıqlığı yoxlanılırdı. Futbolçular eyni zamanda polar aparatla qaçış zamanı nəbzləri də müşahidə olunurdu.Saatda 8-km sürətlə başlayan futbolçular getdikcə sürətlərini artırmaq şərtilə 15-20 km-lik məsafəni qət etməli idilər. Test sonrası Bülent Bayraktar testin ilkin - ümumi görünən nəticələrini açıqladı - "Komandanız 9 günlük məşqin nəticələrinə görə "yaxşı" qiymət vermək olar. Bir həftə öncə "Qalatasaray" komandasından da test elədik. Onlarda 20 km qaçan futbolçu olmamışdı. Sizdə isə bir futbolçu bu nəticəni verdi. 2 həftə sonra isə bizim nəticələrimizə görə fərdi məşqlər edən futbolçular 22 km məsafəni də qət etdilər. Sizin nəticələrinizə görə deyə bilərəm ki, məşqləri intensif fərdi proqram əsasında aparacağınız təqdirdə sizin nəticələriniz daha da yaxşı olacaq."

Bülent bəy Laktat testin faydasından da danışdı: "Bu test futbolçuya topla davranmağı, texnika, taktika öyrətmir. Lakin bu test sonrası nəticələrə görə məşqlər etdikdən sonra komanda 89-cu dəqiqədə də 10-ci dəqiqədə olduğu kimi mücadilə aparır. 90-cı dəqiqədə künc zərbəsindən ötürməni 2-ci dəqiqədə başa zərbədə olduğu kimi qapıya yönəldir. BUdur laktat testin faydası..."

Paylaş

// pop up