Legionerlər missiyanı qəbul etdilər

single-news
8 May 2009

Legionerlər missiyanı qəbul etdilər



`Qarabağ`ımızın cəbhə bölgəsini ziyatət etdiyi zaman heç şübhəsiz komandamızda top qovan legionerlərin münasibəti maraqlı idi. Görəsən, yabançılar bu barədə nə düşünür?
Komandamızın koordinatoru Mehmet Ak görüşdən məmnun olub:` Azərbaycanla Türkiyə 1 millət, 2 dövlət olduğundan Qarabağ problemini şəxsi problemim qəbul edirəm. Ordakı əsgərlər silahla Qarabağ uğrunda mübarizə aparırlarsa, `Qarabağ` topla Qarabağı ən yaxşı şəkildə təmsil etməyə şalışır. `İmarət` haqqında cox eşitmişəm. İnşallah, `Qarabağ`ın ev oyunlarını mərkəzi arenada keçirdiyi günlərə çox qalmayıb. `Qarabağ`da işləmək, Qarabağda çalışmaq əsl şərəfdir ki, bu heç də hər kəsə nəsib olmur.
Komandamızın dünyaca ünlü legioneri Artim Şakiri hərbi hissə komandirinə formasını hədiyyə etdiyi zaman keçirdiyi duyğulardan danışdı:` Əsgərlərlə görüş zamanı simalarında gördüyüm inam hissi aşkar bilinirdi. Ordusu güclü olan, güclü dövlət deməkdir. Qarabağ problemindən xəbərim var. İnşallah, tezliklə torpaqlarınıza qovuşarsınız. Əsgərlərlə məni bunu hiss etdim. Təbliğat çox önəmlidir. Qarabağ probleminin qabardılması üçün əlimdən nə gəlirsə edəcəm.
Anbaniya millisinin üzvü Admir Teli:`İlk öncə komandaya qarşı əsgərlərin isti münasibətindən məmnun oldum. Müharibə pis şeydir. Matçlarımızı oynadığımız stadion düşməndən çox da aralı deyil. Amma əsgərlər bizdən tezliklə Ağdamda oynamağımızı istəməsi bizi daha da məsuliyyətli olmağa məcbur edir`
Ölkəsində müharibə görmüş Zekeriyya Ramazani:` Bu görüşdən sonra, həm rahatlandıq, həm də üzərimizə düşən məsuliyyəti daha da anlamağa yardım etdi. `Qarabağ`ın Qarabağ bölgəsinin komandası olduğunu eçitmişdik. Amma əsgərlərlə görüşdən sonra bu duyğular hiss etdik`
Yeniyetmə yaşlarında müharibənin fəlakətlərini `dad`mış Nidal Fərhatoviç:` Məmləkətim Bosniyada son illər kimi daim savaş hənirtiləri yaşanıb. Bizə gözlə görünə biləcək yaxınlıqdan Ağdamı göstərdikləri zaman təbii ki, `Qarabağ` adlı klubun bu ölkə üçün nə olduğunu anladım.
Müharibənin acı üzlərini görmüş Sedat Saini:` Müharibə səbəbindən uşaqlıq illərim qayğılı keçib. Vətənimi tərk etmək məcburiyyətində qalmışam. Amma, işğal olunmuş bir komandanın komandasında oynamaq tam bir fərqli bir duyğudur.

Paylaş

// pop up