Legionerlərimiz start heyətində: eyni hesab, bir qələbə, bir məğlubiyyət

single-news
10 Fev 2011

Legionerlərimiz start heyətində: eyni hesab, bir qələbə, bir məğlubiyyət



Fevralın 9-una nəzərdə tutulmuş beynəlxalq yoxlama oyunlar günündə `Qarabağ`ımızın futbolçuları da millilərin formasını daşıyıb. 4 futbolçumuz Azərbaycan millisinin tərkibində Macarıstana qarşı çıxış edib. Elə legionerlərimiz də milli forma üçün tər töküblər. Futbolçularımızdan Albaniya millisinin şərəfini qoruyan  Admir Teli və Ansi Aqolli Sloveniya millisinə qarşı görüşdə meydanda olublar. Start heyətində meydana çıxan müdafiəçilərimizin millisi 90-ci dəqiqədə penaltidən buraxdıqları qolla 2:1 məğlub olub.
Əvəzində digər legionerimiz eynihesablı qələbəyə sevinib. Latviya millisinin əfsanələrindən olan Andrey Rubins Boliviyaya qarşı görüşdə start heyətində meydana çıxıb və 2:1-lik qələbəyə sevinib.

Paylaş

// pop up