Legionerlərimiz yenə start heyətində

single-news
28 Mar 2011

Legionerlərimiz yenə start heyətində



Həftəsonu Avropa çempionatının seçmə mərhələsinin oyunları baş tutub. `Qarabağ`ımızın 5 futbolçusu əsas millidə olsa da, başqa ölkələrin şərəfini qoruyanlarımız da var. Sevindirci haldır ki, müdafiəçilərimiz Admir Teli və Ansi Aqollinin forma geyindiyi Albaniya millisi qələbə qazanıb. 90 dəqiqə forma geyinən futbolçularımız Belarus üzərində 1:0-lıq qələbə qazanaraq 2-ci pilləyə yüksəlib. Digər legionerimiz Andrey Rubins də Latviya millisində start heyətində meydana çıxıb. 57-ci də əvəzlənən Rubinsin komandası səfərdə İsrailə 2:1 hesabıyla məğlub olub. `Qarabağ`ımızın legionerləri saytımıza öz çıxışlarını dəyərləndiriblər.
Admir Teli:`Gərgin qarşılaşma oldu. Belaruslar cari tsikldə yaxşı oyun nümayiş etdirir. Doğma azarkeşlər önündə çıxış etdiyimizə görə qələbə qazanmaq istəyirdik. Müdafiəçi olaraq qol buraxdığıma görə işimin öhdəsindən gəldiyimi deyə bilərəm. İndi qələbə qazandıq. Artıq rahatca `Neftçi` ilə oyuna hazırlaşa bilərik.`
Ansi Aqolli:`Azarkeşlərimizin önündə qələbə qazanaraq 2-ci pilləyə yüksəldik. Düzdü, indidən Avropa çempionatının final mərhələsini fikirləşmək düzgün olmazdı. Qarşıda bizi çətin oyunlar gözləyir. Amma Avropa çempionatı haqqında fikirləşmək xoş bir duyğudu. Şansımızı sona qədər qorumağa çalışacağıq. `Qarabağ`ın uğurlu çıxış etməsinin millidə Admirlə mənim oyunuma müsbət təsir etdiyini düşünürəm.`
Andrey Rubins:`İsrail təhlükəli rəqibdir. Amma deməzdim ki, asiyalılara qarşı zəif oynadıq. Erkən vurulmuş qol bir qədər oyunumuzu pozdu. Artıq, bu oyunu unudub qarşıdakı oyunları fikirləşmək lazımdı.`

Paylaş

// pop up