LEGİONERSİZ VƏ BERAYALARSIZ (het-trik, 07.07.2006)

single-news
7 İyl 2006

LEGİONERSİZ VƏ BERAYALARSIZ (het-trik, 07.07.2006)



Çıxışı hamıda böyük maraq doğuran, lakin indiki vaxt üçün bəlkə də ən naməlum kollektiv məhz "Qarabağ"dır. Heyətə nəzər yetirəndə, ilk baxışdan transferləri gündəmdə olan Yulian Bursukla Hakan Dəmirin adının yoxluğu təəccübləndirir. Amma kifayət qədər məşhur oyunçuların heyətə düşməməsinə təəccüblənməyə dəyməz. Çünki moldovan bəyənilməyərək geri göndərilib. O ki qaldı Hakana onun haqda qəti qərar verilməyib. Ola bilər ki, "Qarabağ" ilk mərhələni adlasa, onun da adı UEFA-ya göndərilsin. Hələliksə, "Qarabağ"ın heyətinin çox güclü olmadığını demək olar. Üstəgəl, uzun müddətdir zədədən əziyyət çəkən İrakli Berayaya artıq qardaşı Qoqa da qoşulub. O da "Zimbru" ilə hər iki görüşü buraxmalı olacaq. Söz mərhələ keçməkdən düşən kimi, yada istər-istəməz rəqib "Zimbru" və onun heyətində oynayan iki erməni yada düşür. Yox, kişinyovlular "Qarabağ"dan heç də güclü deyil. Amma futboldur. Bununla belə, düşünürük ki, "Qarabağ"ın hansısa Petrosyana və Aleksanyana uduzmağa haqqı yoxdur… Bunun uçun yaxşı hazırlıq keçmək lazımdır ki, insafən ağdamlıların buna cəhd etdiyi göz qabağındadır. Klublarımızın daimi məskəni Qızılcahamamda təlim-məşq toplanışı keçən "Qarabağ" artıq "Konyaspor"un həm əsas, həm də ikinci komandaları ilə görüşməyə imkan tapıb. Hesablar təəccübləndirmir; müvafiq olaraq, 0:4 və 3:0. "Qarabağ" Qapıçılar: 1. Vitali Kovalyov (1977), 12. Cahangir Həsənzadə (1979) Müdafiəçilər: 2. Hüseyn İsgəndərov (1984), 3. Azər Məmmədov (1976), 4. Vasif Haqverdiyev (1978), 5. Sergey Sokolov (1977), 16. Samir Abbasov (1978), 17. Boyan İliç (1979, Serbiya) Yarımmüdafiəçilər: 6. Xaliq Mərdanov (1971), 7. Romal Hüseynov (1984), 8. Aslan Kərimov (1973), 11. Elmir Xankişiyev (1974), 14. Namiq Yusifov (1986), 15. Mübariz Orucov (1974), 18. Ramiz Hüseynov (1979), 21. Qoqa Beraya (1984, Gürcüstan) Hücumçular: 9. Samir Musayev (1979), 10. Müşfiq Hüseynov (1970), 20. Kənan Kərimov (1974). Baş məşqçi: Böyükağa Ağayev

Paylaş