LEGOİNERLƏR VƏ YERLİLƏR MÜƏYYƏNLƏŞDİ
4 Avq 2006
LEGOİNERLƏR VƏ YERLİLƏR MÜƏYYƏNLƏŞDİ
Futbol üzrə XV Azərbaycan Çempionatı və Kubok yarışlarında iştirak edəcək legioner futbolçularla əlaqədar AFFA-nın X Konfransının qərarını həyata keçirməsi məqsədi ilə AFFA Prezidentinin 28 iyul 2006-cı il tarixli 7 nömrəli sərəncamı ilə yaradılmış komissiya legionerlərlə bağlı klublardan daxil olmuş sənədləri araşdıraraq dünən qərar çıxarıb. Qərara əsasən komandamızın və millinin müdafiəçisi Sergey Sokolov bundan sonra legioner sayılmayacaq. Bu qərarın qəbul olunmasına futbolçumuzun hal-hazırda Azərbaycan Milli komandasının da şərəfini qoruması təsir edib. Qərarın çıxarılmasından az sonra futbolçumuzla əlaqə saxlayıb onun fikirlərini öyrəndik: "Mən özüm barədə bu qərarın çıxarılmasından çox sevindim. Azərbaycan Millisinə də dəvət alıram. Burada və klubumda bundan sonra da bacardığımı edəcəyəm ki, mənə göstərilən etimadı doğruldum. Azərbaycan Millisinin və "Qarabağ"ın futbolçusu olmaq mənim üçün şərəfdir..."
AFFA-nın qərarında futbolçumuzdan başqa daha 15 futbolçu bundan sonra legioner sayılmayacaq.Bu futbolçular aşağıdakılardır:
1. Nurməhəmməd Murtuzəliyev
2. Konstantin Qusev
3. Vladimir Levin
4. İlqar Əbdülrəhmanov
5. İlqar Qurbanov
6. Daniel Axtiyamov
7. Yuri Muzıka
8. Osman Umarov
9. Timur İsrafilov
10. İbrahim Mirzamaqamayev
11. Taqim Novruzov
12. Arif Daşdəmirov
13. Mixail Kitelman
14. Emin Ağayev
15. Əhməd Qurbanov
Digər 14 futbolçu isə XV çempionatda da legioner sayılacaq. Bu futbolçular millidə oynamaqları məqsədəuyğun sayılmayacaqları əsas göstərilib:
1. Aleksandr Çertoqanov
2. Qeorqiy Adamiya
3. Aleksandr Qodoberışvili
4. Nazar Bayramov
5. Aleksandr İnskiveli
6. Dmitriy Parxomenko
7. Valentin Vşitalyuk
8. Yevqeni Şuman
9. Aleksandr Babak
10. Tomislav Mişura
11. Tengiz Siçinava
12. İssa Nikiyema
13. Qoça Trapaidze
14. Serqey Çernyak.
Azərbaycan Çempionatına sabah start veriləcək.