LİDERLƏR QƏLƏBƏ QAZANDI

single-news
4 May 2007

LİDERLƏR QƏLƏBƏ QAZANDI



Mayın 2-ndə və 3-ündə ölkə çempionatının növbəti turunun oyunları keçririldi. Turnir cədvəlinin zirvəsində yerləşən komandalar növbəti qələbələrini qazanıblar. Yarış cədvəlinin üst pillərini maraqlandıran görüş Lənkəranda keçirildi. Cari mövsüm çempionluq uğrunda mübarizə aparan “Xəzər-Lənkəran” – “MKT-Araz”ın görüşü gözlənildiyi kimi gərgin alınmadı. Hər halda matçın ilk yarısında cənubluların 4 top vurması belə düşünməyə əsas verir. Ev sahiblərinin qollarını N`Tiamoa və Zaur Ramazanov hərəyə 2 dəfə fərqlənib. Bununlada Ramazanov bombardirlik yarışında da irəliləyib. İmişlilərin tək qoluna Murad Ağakişiyev penaltidən imza atıb.   

Liderliyi maraqlandıran bir görüş isə Qaxda keçirilib. “Neftçi” səfərdə “Simurq”a Zaur Tağızadənin vurduğu qolla qalib gələrək yenidən liderliyə yüksəlib.

Bakıda isə “İnter” “Karvan”ı qəbul edib. Tərəflər hərəyə bir dəfə fərqlənərək 1 xal qazanıblar. Bunulada hər 2 tərəf medal şansını itirib. “Olimpik” evdə “Gilan”ı 3:1 hesabıyla məğlub edib. “Turan” isə evdə “Şahdağ”la xalları yarı bölüb.

İnter – Karvan 1:1  (İnstrikveli 39, avtoqol,- S. Abdulov, 48)

Simurq – Neftçi 0:1 (Z. Tağızadə, 68)

Xəzər-Lənkəran – MKT-Araz 4:1 (N`Tiomoa 17,28, Z. Ramazanov, 35,37; M. Ağakişiyev, 82 pen.

Olimpik – Gilan 3:1 (X. Məmmədov, 25, P. Banqura, 27, N. Əliyev, 62; V. Balamestniy, 33)

Turan – Şahdağ 1:1 (Vaşakidze, 25; Ə. Ticani, 86)

  

Paylaş

// pop up