"Linfild" - "Qarabağ": Hakimlər açıqlandı

18 Avq 2019
"Linfild" - "Qarabağ": Hakimlər açıqlandı
Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" oyununun hakim təyinatları açıqlanıb. Qarşılaşmanı 31 yaşlı isveçrəli FIFA referisi Sandro Şörer idarə edəcək. Ona Stefan de Almeyda və Bekim Zoqay köməklik edəcək. Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək.
22 avqust
Avropa Liqası, pley-off mərhələsi, ilk oyun
22:45 Linfield FC - Qarabağ FK
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zogay
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mikael Salzer (İsveç)
Belfast. "Vindsor Park".