LİTVA MİLLİMİZƏ QALİB GƏLDİ. VİDEO

single-news
27 Mar 2008

LİTVA MİLLİMİZƏ QALİB GƏLDİ. VİDEO



Azərbaycan millisi beynəlxalq yoldaşlıq görüşləri üçün ayrılmış “pəncərə”də dünən səfərdə Litva seçməsiylə qarşılaşıb. Bakı vaxtiylə 21:00-da başlayan görüşdə komandamız qələbə üçün meydana çıxıb. Məlum olduğu kimi, bu görüşə komandanı müvəqətti olaraq Nazim Süleymanov çıxarıb. Xatırladaq ki, 10 il bundan öncə baş tutan oyun zamanı millimiz 2:1 hesabıyla qalib gəlmşdi. Lakin bu dəfə eyni uğuru göstərmək mümkün olmayıb. Elnur Allahverdiyev görüşün 33-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandamızı meydanda azlıqda qoyub. Görüşün baş hakimi İqor Staçı müdafiəçiyə ikinci dəfə sarı vərəqə göstərərək meydandan çıxarıb. Cəmi 5 dəqiqə sonra isə ev sahibləri görüşdə hesabı açıb. Klimavıçius adını qol tablosuna yazdırıb. Bu qoldan sonra tərəflər fərqlənmək üçün bir neçə şans etsələr də matçda başqa qol vurulmayıb. Və millimiz Litvanın tarixində ilk dəfə Azərbaycanın yenməsinə əngəl ola bilməyib. Xatırladaq ki, “Qarabağ”ın üzvü Fərhad Vəliyev 90 dəqiqə meydanda olub.

 

LİTVA - AZƏRBAYCAN 1:0

 

Paylaş

// pop up