Litvada `Qarabağ`a maraq böyükdür...

single-news
28 İyn 2011

Litvada `Qarabağ`a maraq böyükdür...



Bir gün öncə axşam saatlarında Litvanın Klaypeda şəhərinə çatan `Qarabağ` Futbol Komandası `Amberton` otelində məskunlaşdı. Oyunun süni meydançada olacağına baxmayaraq baş məşqçimiz Qurban Qurbanovun istəyi ilə təbii örtüklü Klaipeda mərkəzi arenası icarəyə  götürülərək komandamızın sərəncamına verildi. Yerli vaxtla 14:30-da başlayan məşq 1 saat 15 dəqiqə davam etdi. Yüngül isinmə hərəkətləri ilə məşqə başlayan komanda əsasən toplu hərəkətlərlə məşqi davam etdirdilər. Yerli mətbuatın da iştirak etdiyi məşq yüksək əhval-ruhiyyədə başa çatdı. Baş məşqçimiz Qurban Qurbanov yerli mətbuatın istəklərini nəzərə alaraq bir neçə mətbuat orqanına ayrı-ayrılıqda müsahibələr verərək komandamızın durumunu və rəqib haqqında fikirlərini verdi. Sabah komandamız oyun öncəsi məşq üçün yerli vaxtla saat 17:30-da oyunun olacağı stadionda məşq edəcək, daha sonra mətbuat konfransı keçiriləcəkdir. Bütün deyilənlərdən xəbər tutmaq üçün saytımızı izləməyi unutmayın...

Paylaş

// pop up