"LİVERPUL" "ASTON VİLLA" İLƏ RAZILIĞA GƏLDİLƏR.....

single-news
24 Avq 2005

"LİVERPUL" "ASTON VİLLA" İLƏ RAZILIĞA GƏLDİLƏR.....



Bir neçə müddət danışıqdan sonra İngiltərənin "Liverpul" və "Aston Villa" klubları arasında maliyyə danışıqları başa çatdı. VVS agentliyinin verdiyi xəbərə görə, "Liverpul" klubu 6,5 milyon funt sterlingə Çex Millisinin hücumçusu Milan Baroşu "Aston Villa"ya satacaq. İnformasiyaya görə, Baroş özünün yeni komandasında şəxsi kontraktının şərtlərini artıq razılaşdırıb və yalnız həkim nəzarətindən sonra müqaviləyə imza atılacaq. Yayılan xəbərlərə görə, Fransız "Lion"u da Baroşu öz heyətində görmək istəyib. Hətta ona görə 8,5 milyon funt da təklif edib. Lakin Baroş İngiltərədə qalmağı daha üstün tutub.

Paylaş