"LIVERPUL" SATILDI
19 Yan 2007
"LIVERPUL" SATILDI
Premyer-liqanın köklü komandalarında olan «Liverpul» böyük maliyyə dəstəyi olan «Dubay İnternational Capital»a satıldı. Birləşmiş Ərəb Əmirliklərinin başqanı Seyid Muhammed bir Rəşid əl Maktuma məxsus olan şirkət klubu almaq üçün 450 milyon funt-sterlinqindən keçib. Qeyd edək ki, son zamanlar maliyyə çətinliyi olan «Liverpul»un icraçı direktoru Riki Perri klubu satışa çıxartdığını bildirmişdi.
Eyni zamanda bu ingilis klubuyla əlaqədar sonuncu klub deyil. Belə ki, Liverpul» «Vest Hem»in argentinalı futbolçusu Xavyer Marçenanı heyətinə qatmaq niyyətindədir. Amma gərək «qırmızılar» bu transferi gerçəkləşdirmək üçün FİFA-nın «hə»sini alsınlar. Bu barədə açıqlama verən Blatter deyib: «Liverpul»dan belə bir xəbər aldıq. Onlar Marçenanı heyətlərinə cəlb etmək niyyətindədir. Hər bir qərarda olduğu kimi bunu da müzakirə edəcəyik. Yalnız bundan sonra qərar verə bilərik». FİFA-nın qaydalarına görə, bir futbolçu 1 iyuldan 30 iyuna kimi yalnız 2 komandanın formasını geyinə bilər. Marçena isə bu il artıq «Korintians» və «Vest Hem»in şərəfini qoruyub.