LİXTENŞTEYN AZƏRBAYCANA GƏLMƏYƏ HAZIRLAŞIR
LİXTENŞTEYN AZƏRBAYCANA GƏLMƏYƏ HAZIRLAŞIR
Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan Lixtenşteyn millisi Dubaya yola düşüb. Bu səfər zamanı təlim-məşq toplanışı keçən komanda seçmə mərhələnin oyunlarına hazırlıqlarını davam etdirəcək. Qeyd edək ki, millimizin ikinci oyunu sentyabr ayının 10-u Lixtenşteyn komandasına qarşı olacaq. Bu qarşılaşma Bakıda baş tutacaq. Lixtenşteynin baş məşqçisi milliyə 21 futbolçu dəvət edib ki, bunlardan da 3-ü qapıçıdır. Düzdür komandanın əsas liderlərindən olan Mario Frik (rəqib komandaların heyətində ən təhlükəli oyunçulardan biri), Peter Ele, Martin Stoklaza, Mişel Polverino, Benyamin Fişer, Frans Burqmayer heyətə cəlb olunmayıblar. Buna səbəb həmin futboçuların oynadıqları klublarda məşq prosesində iştirak etmələridir. Bu oyunçuların əvəzinə baş məşqçi heyətə 9 gənc futbolçunu cəlb edib. “Dubayda keçəcək təlim-məşq toplanışı bizə həm fiziki, həm də taktiki cəhətdən daha yaxşı formada olmağımıza kömək edəcək. Çünki həm Azərbaycan, həm də Almaniya millisi yetərincə güclə rəqiblərdir” deyə Bidu Tsoq bildirib.