“LOKOMOTİV” ÖZÜNƏ MƏŞQÇİ SEÇDİ

single-news
5 Dek 2007

“LOKOMOTİV” ÖZÜNƏ MƏŞQÇİ SEÇDİ



Moskva “Lokomotiv”inə yeni baş məşqçi təyin olunub. Bu, əvvəllər “Amkar”ı çalışdıran Rəşid Rəhimovdur. 42 yaşlı mütəxəssislə rəsmi müqavilə dekabrın 6-sında imzalanacaq. Məşqçilik karyerasına 2002-ci ildə Avstriyanın “Admira-Vakker” klubunda başlayan Rəhimov 2006-cı ildə “Amkar”ın baş məşqçisi təyin olunub. Həmin il komandanı aşağı diviziona düşməkdən xilas edən Rəhimovun rəhbərlik etdiyi Perm klubu Rusiya çempionatının başa çatan mövsümünü 8-ci pillədə başa vurub. Qeyd edək ki, Anatoli Bışovetsin istefaya göndərilməsindən sonra “Lokomotiv”i müvəqətti olaraq əvəzedicilərin baş məşqçisi Renat Bilyayetdinnov çalışdırırdı.

Paylaş

// pop up