Löv Vaqifi bəyəndi, Cavadov isə nikbindir

single-news
13 Avq 2009

Löv Vaqifi bəyəndi, Cavadov isə nikbindir



Azərbaycan millisi Almaniyaya boyun əysə də, ayrı-ayrı epizodlarda yığmamız qola çox yaxın oldu. Xüsusilə, `Qarabağ`ın futbolçuları macda əla təsir bağışladı. Vaqif  Cavadov isə alman tərəfində hər kəsin rəğbətini qazanıb. Bundestimin baş məşqçisi Yoahim Löv macsonrası mətbuat konfransında Cavadovun bundesliqada oynamağa hazır olduğunu bildirib:` Təbii ki, 7 nömrəli futbolçu seçilirdi. Zənnimcə, o, bundesliqada çıxış edə bilər.`
Vaqif nə deyir:` Komanda şəklində pis çıxış etmədik. Amma təəssüf ki, qol vura bilmədik. Mənim oyunuma gəlincə, əgər milli nəticə qazansaydı sevinərdim. Elvinin və Vüqarın meydanda olması hücumda işimizi asanlaşdırırdı. `Qarabağ`da bir yerdə oynamağımızın üstünlüyü hiss olunurdu. İnanıram ki, Finlandiyayla oyunda qələbə qazana bilərik. İndi isə artıq `Tvente`ylə oyuna köklənməliyik.`
Onu da qeyd edək ki, dünən əsas heyətdə meydana çıxan futbolçularımıza komandamızın baş məşqçisi Qurban Qurbanov bu gün istirahət verib.

Paylaş

// pop up