Madrid “Real”ını məğlub etdi, “Qarabağ”ı keçdi (apasport.az)

single-news
4 Okt 2011

Madrid “Real”ını məğlub etdi, “Qarabağ”ı keçdi (apasport.az)



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclüləri sırasında 400 komanda yer alıb. Siyahıda ilk 3 pillədə dəyişiklik olmayıb. İspaniya nəhəngləri “Barselona” və “Real” müvafiq olaraq 331 və 305 xalla dünyanın ən yaxşılarıdır. İngiltərə “Mançester Yunayted”i isə 282 xalla 3-cü pillədə qərarlaşıb.

Azərbaycanın İFFHS-in siyahısındakı yeganə təmsilçisi “Qarabağ”dır. Hesabında 70,5 xal olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 5 pillə geriləyərək 313-cü yerdə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri “Nasional” (Ekvador), “Deportivo” (Kolumbiya) və “Pusan”la (KXDR) şərikdir. Son 1 ayda “Qarabağ”ı keçənlər arasında İspaniya çempionatının sürprizi “Lelavante” də var. Madrid “Real”ını da yenən ispaniyalılar bunadək “Qarabağ”dan 14 pillə geri qalırdısa, artıq 28 addın öndədir.

Paylaş

// pop up