Mahmud Qurbanov “Qarabağ”a keçir? (ÇEMPİON, 22.05.2006)

single-news
22 May 2006

Mahmud Qurbanov “Qarabağ”a keçir? (ÇEMPİON, 22.05.2006)



Çempionat sona yaxınlaşdıqca tez-tez müxtəlif futbolçuların başqa klublara keçəcəyi barədə xəbərlər yayılır. Biz də dünən “Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Mahmud Qurbanovun komandadan ayrılacağı barədə xəbər eşitdik. Etibarlı mənbədən aldığımız məlumatda onunla “Qarabağ”ın danışıqlar apardığı, hətta ilkin müqavilə bağlanıldığı deyilirdi. Dünən nə qədər çalışsaq da, Mahmudla əlaqə saxlaya bilmədik. “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl isə bu xəbəri təkzib etdi: “Belə bir söhbət yoxdur. Qurbanovla danışıqlar aparmamışıq. Ümumiyyətlə, oyunçu transfer etmək üçün danışıqlara mövsüm başa çatandan sonra başlayacağıq”.

Paylaş