Maks yox demədi...
20 Dek 2008
Maks yox demədi...
Şübhəsiz, O Azərbaycanın ən perspektivli futbolçularının başında gəlir. 17 yaşından “Qarabağ”ımızın əsas heyətində oynayır. Özü də göz doldura-doldura. Sağ cinah müdafiəçisi dedikdə ağıla məhz Maks gəlir. 19 yaşlı Maksim Medvedev artıq “Qarabağ”ımızın simvoluna çevrilir. Millimizin alt yaş qruplarının hamısında oynayıb. U-21 aparıcı üzvü arxada buraxdığımız 2008-ci ildə “Qarabağ” Futbol Klubunun kollektivinin səsverməsi nəticəsində komandamızın ən yaxşısı seçilib.
Səbəbkar saytımıza həm bu münasibətlə, eyni zamanda gələcək karyerası barəsində saytımıza danışıb.